İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın MiQ-31 tipli qırıcı təyyarəsi qəzaya uğradı

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus MiQ-31 tipli qırıcı təyyarə Rusiyanın Murmansk vilayətində qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, iki pilot qəza baş verməzdən əvvəl özlərini təyyarədən atıb. Qəza nəticəsində ölən və yaralanan olmayıb.

"Mirmansk vilayətində planlaşdırılmış təlim uçuşu zamanı MiQ-31 qırıcı təyyarəsi qəzaya uğrayıb. Təyyarə insanların olmadığı yerə düşüb. 2 pilot paraşütlə xilas olub. Axtarış-xilasetmə helikopterləri pilotları olduqları yerdən çıxararaq təxliyə ediblər” - Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib.

Təyyarənin hansı səbəbdən qəzaya uğradığı hələ məlum olmasa da, qəza ilə bağlı araşdırma başladılıb. Qırıcının qəzaya uğramazdan əvvəl alovlandığı bildirilir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR