İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Kramatorska endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb

Rusiya Silahlı Qüvvələrinin Kramatorsk şəhərinə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına istinadən məlumat yayıb.

"İyunun 29-da səhər saatlarında daha bir şəxsin meyiti dağıntılar altından çıxarılıb. Ümumilikdə 12 nəfər ölüb (o cümlədən 3 uşaq), 60 nəfər yaralanıb (o cümlədən 1 uşaq), 11 nəfər isə xilas edilib”, - məlumatda deyilir.

Artıq qəza-xilasetmə işlərinin tamamlandığı bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR