İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın İrkutsk vilayətində fərdi evdə baş vermiş yanğında 4 nəfər ölüb

Rusiyanın İrkutsk vilayətinin Podatovskaya kəndində yaşayış evində baş vermiş yanğın dörd nəfərin həyatına son qoyub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-in regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

“07:22-də (Bakı vaxtı ilə 03:22) yanğın söndürülüb. Dörd nəfər həlak olub, xəsarət alan yoxdur”, – məlumatda qeyd olunub.

Yanğının söndürülməsinə 15 nəfər və 7 texnika cəlb olunduğu bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Mart 2025

BÜTÜN XƏBƏRLƏR