İnsanlara hürriyət, millətlərə istiqlal!

35 yaşlı kişinin uşaqlıq həvəsi başına iş açdı - Görün nə edib...

35 yaşlı şəxs uşaqlıqdan maşına olan həvəsinə görə tanışının avtomobilini qaçırıb. Məqsədi maşın sürməyə olan həvəsini öldürmək imiş.

Musavat.com xəbər verir ki, iki uşaq atası olan Xamis tanışı Fəridin maşınını qaçırıb.

Xamisin maşın sürməyə həvəsi olub. O, tanışı Fəriddən bir neçə dəfə maşını istəyib. Lakin Fərid bununla razılaşmayıb. Hadisə günü Fərid Suraxanıdakı “24 saat” marketin qarşısına gəlib və avtomobili orada saxlayıb. Bu zaman maşının mühərriki açıq olub. Həmin yerdə Xamis də olub.

Fərid Xamislə salamlaşaraq marketə daxil olub. Bunu fürsət bilən Xamis “Xazar” markalı maşına minərək oradan uzaqlaşıb. Suraxanı ərazisində maşını bir neçə saat sürəndən sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

Xamis əməlindən peşman olduğunu, maşını sadəcə sürmək üçün qaçırdığını deyib. Hadisə zamanı Xamisin sərxoş olduğu da ortaya çıxıb.

Fərid Xamisdən şikayətçi olmayıb və onu bağışlayıb.

Məhkəmənin hökmü ilə Xamis barəsində 8 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2025

15 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR