İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın erməni əsilli oliqarxının Qərbdə sərvəti üzə çıxdı

Rusiyanın “Soyuz” raketlərinin erməni sahibinin və baş konstruktorunun böyük sərvətə malik olduğu üzə çıxıb. Bu şəxsin zavodu Ukraynanı bombalamaq məqsədilə istifadə olunan raketlər üçün mühərriklər istehsal edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Aleksey Navalnının komandası Rusiya ordusunun Ukraynanı vurmaq üçün istifadə etdiyi raketlər üçün mühərriklər istehsal edən “Soyuz” kompleksinin baş konstruktoru və sahibi Mkrtiç Okroyanla bağlı yeni araşdırma yayıb.

Məlumata görə, “Soyuz” Cənubi Kiprdə bir ofşor şirkətinə məxsus olub: o zaman müəssisənin ən böyük payı - 36% - “Chanoui Services Limited” adlı şirkətə aid imiş. Bu, Okroyanın şəxsi ofşor firması sayılır. “Soyuz”un 13%-i Okroyanın həyat yoldaşına, 15%-i isə qızına məxsusdur.

Okroyanlar Balaşixada metal zavodun da sahibləridir. Bu zavod Rusiyanın “Ka-52 Alligator” helikopteri üçün təkərlər və “Mi-28N “Gecə ovçusu” helikopteri üçün gövdə hissələri istehsal edir. Həmin helikopterlərdən Rusiya ordusu Ukraynaya qarşı müharibədə istifadə edir. Okroyanların İngiltərənin Surrey qraflığında mülkləri var. Bundan başqa, onlar illik üzvlük haqqı 215 min dollar olan bir qolf klubunun üzvləridir. Okroyanların İngiltərədə üç mərtəbəli malikanələrinin dəyəri 10 milyon funt-sterlinq civarındadır. 2020-ci ildən ev Okroyanın qızı Annanın adına rəsmiləşdirilib.

Okroyanlar 2006-cı ildə Kentdə də ev alıblar. Cütlüyün oğlu və qızı Britaniya vətəndaşıdır.

Okroyanların Aralıq dənizi sahilindəki Marbella kurort şəhəri yaxınlığında villası olduğu üzə çıxıb. Onun dəyəri 20 milyon avro olaraq qiymətləndirilir. Okroyanın Moskva vilayətində 7 mərtəbəli sarayı və Lujniki sahilində inqilabdan öncə inşa edilən tikililər kompleksi var. Okroyanlar onların yerində dəbdəbəli yaşayış binaları tikməyi planlaşdırırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR