İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın ən böyük ticarət limanlarının fəaliyyəti müharibədən əvvəlki səviyyəyə çatıb

Rusiyanın üç ən böyük ticarət limanının Sankt-Peterburq, Vladivostok və Novorossiyskdəki fəaliyyəti beynəlxalq sanksiyalara və rublun zəifləməsinə baxmayaraq, demək olar ki, ikiqat səviyyəyə qayıdıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər veir ki, bu barədə Kil Universitetinin Dünya iqtisadiyyatı institutunun hesabatında deyilir.

Hesabat müəllifləri limanların fəaliyyətini onlara gələn konteyner gəmilərinin sayına görə qiymətləndirib. Sankt-Peterburqda Rusiya işğalından sonra nəqliyyatın həcmi 90 faiz azalsa da, son həftələrdə kəskin şəkildə artıb. Sənəddə qeyd olunduğuna görə, tədqiqatçılar gəmilərin haradan gəldiyini bilmirlər, lakin bunu “Rusiyanın dünya ticarətinə qayıdışı” kimi qiymətləndirirlər.

Rusiya bazarında mövcud olan təxminən 20 əsas beynəlxalq xətdən 14-ü Rusiyada tammiqyaslı işğalın başlanmasından sonra gedib. Bununla belə, Rusiya limanlarının ümumi yük dövriyyəsi 2022-ci ildə artıb və 2023-cü ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə daha 10,5 faiz artaraq 453,3 milyon tona çatıb.

Rusiyanın işğalçı hərəkatı başlayandan bəri Moskvaya qarşı 13 mindən çox sanksiya tətbiq edilib. Rusiya hakimiyyəti iqtisadiyyatın sürətli artıma keçdiyini iddia edir. Rəsmi Moskvanın bildirdiyinə əsasən, 2022-ci ildə ÜDM 2,1 faiz azalsa da, 2023-cü ilin ikinci rübündə 4,6% artıb. İqtisadçılar bunu ilk növbədə hərbi xərclərin və hərbi sənayenin artması, enerji daşıyıcılarının yüksək qiymətləri və Mərkəzi Bankın yumşaq pul siyasəti ilə izah edirlər.

Bununla bərabər Qərb ölkələri sanksiya təzyiqlərini davam etdirəcəklərini vəd edirlər. Rusiya iqtisadiyyatı rekord işçi çatışmazlığı, artan büdcə xərcləri və yüksək inflyasiya ilə üzləşir. Avqustun ortalarında Bloomberg Economics ekspertləri Rusiyada altı ay ərzində tənəzzül ehtimalının 6 faizdən 21 faizə yüksələcəyini yazıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR