İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Alanddakı konsulluğunun bağlanması təşəbbüsü - Moskvanın reaksiyası

Moskva Finlandiyaya məxsus Aland adalarındakı Rusiya konsulluğunun bağlanması ideyasından xəbərdardır.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Finlandiyanın NATO-ya üzv olmasından sonra sosial şəbəkələrdə Aland adalarındakı Rusiya konsulluğunun bağlanması ilə bağlı imzaların toplandığı petisiya dərc olunmuşdu.

“Biz Finlandiyanın Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilmiş mövqeyindən çıxış edirik ki, ölkə Aland adalarının silahsızlaşdırılmış statusu və bu adalarda Rusiya Federasiyasının konsulluğunun olması ilə bağlı beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməkdə davam etmək niyyətindədir. ”, - nazirlikdən bildirilib.

aland.jpg (92 KB)

XİN əlavə edib ki, Aland sakinlərinin özləri diplomatik missiyanın bağlanması ideyasını dəstəkləmirlər, ona görə də belə bir təşəbbüsün necə bitəcəyi məlum deyil.

Bir müddət əvvəl Şanxay Beynəlxalq Münasibətlərin Öyrənilməsi İnstitutunun Avropa Araşdırmaları Mərkəzinin direktor müavini Lonq Jinq belə bir fikir bildirmişdi ki, Finlandiyanın NATO-ya daxil olması ölkənin öz təhlükəsizliyini təmin etmək istəyi ilə bağlı deyil. Politoloq bu addımının mənasını bütün dünyaya Rusiyaya qarşı olduğunu nümayiş etdirməkdə görür.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR