İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın 9 vilayətinə HÜCUM: orduda itkilər 1 MİLYONA çatır... – CANLI

Gecə ərzində Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri 49 Ukrayna pilotsuz uçuş aparatını məhv edib. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına əsasən, gecə saatlarında ümumilikdə 49 pilotsuz uçuş aparatı (PUA) Rusiya ərazisində zərərsizləşdirilib. Onlardan 16-sı Voronej vilayəti, 14-ü Belqorod vilayəti, 6-sı Kursk vilayəti, 6-sı Samara vilayəti, 3-ü Mordoviya Respublikası, 1-i Bryansk, 1-i Lipetsk, 1-i Orlov daha biri isə Penza vilayəti üzərində məhv edilib. Müdafiə Nazirliyi əlavə edib ki, hava hücumundan müdafiə sistemləri təhlükənin qarşısını vaxtında alıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Krivoy Roq şəhərinə endirilmiş raket zərbəsinin guya Qərb hərbçiləri ilə keçirilən görüşə tuşlandığı barədə yaydığı məlumatı yalan adlandırıb. Musavat.com xəbər verir ki, açıqlamada aşağıdakılar bildirilir: "Bəyan edirik ki, Rusiya növbəti dəfə yalan məlumat yayır. Raket yaşayış massivini və uşaq meydançasını vurub,” – deyə Ukrayna ordusunun rəsmi açıqlamasında bildirilir.

Açıqlamada əlavə olunur ki, hücum dəqiq zərbə olmayıb. Çünki zərbə “İskəndər-M” ballistik raketi ilə həyata keçirilib və bu raket kasetli döyüş başlığına malikdir. Belə başlıqlar geniş ərazini və daha çox insanı hədəfə almaq üçün nəzərdə tutulur. Rəsmi Kiyev bu hücumun mülki əhalini hədəfə aldığını və Moskvanın hadisəni təhrif etdiyini vurğulayır.
Ukrayna müharibənin 1137-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 922 340 hərbçi, 10 541 ədəd tank, 21 952 ədəd zirehli döyüş maşını, 25 730 ədəd artilleriya sistemi, 1 350 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 124 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 42 954 ədəd avtomobil texnikası, 31 778 ədəd PUA, 3 123 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 788 xüsusi avadanlıq itirib.

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Azad Vətən Partiyasının sədri Akif Nağı ilə gündəmi müzakirə edir.

https://www.facebook.com/tvmusavat


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Aprel 2025

10 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR