Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri Hərbi Hava Qüvvələri Qəzza zolağına humanitar yardımın havadan atılmasını əks etdirən yeni görüntülər yayıb.
Kadrlarda BƏƏ-yə məxsus “C-130 Hercules” tipli hərbi-nəqliyyat təyyarələrinin səhralıq bölgədən havaya qalxdığı və Qəzza sahilində müəyyən olunmuş koordinatlara yardım paketlərini paraşütlə endirdiyi görünür.
BƏƏ Müdafiə Nazirliyi bildirib ki, bu missiya “Qəzza əhalisinin aclıq və tibbi yardımsızlıq səbəbindən yaşadığı humanitar böhranı yüngülləşdirmək” məqsədi daşıyır. Rəsmi Əbu-Dabi bu əməliyyatı “əməli fəaliyyətlə dəstək” olaraq təqdim edir və qeyd edir ki, humanitar yardım konvoylarının Qəzzaya daxil olması mümkün olmadığı üçün alternativ olaraq hava yolu ilə təminat həyata keçirilir.
Yardım paketlərinə aşağıdakı məhsullar daxildir:
Un, düyü, konservləşdirilmiş ərzaqlar
İçməli su və qida əlavələri
Uşaq yeməkləri və gigiyenik vasitələr
Təcili tibbi yardım dəstləri və dərman preparatları
Qeyd olunur ki, bu yardım BƏƏ-nin İordaniya və Misirlə razılaşdırılmış humanitar təşəbbüsü çərçivəsində həyata keçirilir və müvafiq olaraq təhlükəsizliklə bağlı beynəlxalq prosedurlara əsaslanır.
Xatırladaq ki, Qəzzada vəziyyət getdikcə ağırlaşır. BMT və digər beynəlxalq təşkilatlar bölgədə humanitar fəlakətin astanasında olunduğunu bildirir. Elektrik enerjisinin kəsilməsi, xəstəxanaların fəaliyyətinin dayanması, su və ərzaq çatışmazlığı əhalinin vəziyyətini kritik həddə çatdırıb.
BƏƏ rəsmiləri bəyan ediblər ki, Qəzzaya bu cür hava yolu ilə yardım əməliyyatları davamlı şəkildə həyata keçiriləcək və bölgədəki mülki əhaliyə dəstək üçün bütün diplomatik və texniki imkanlar səfərbər olunacaq.
Musavat.com
28 Iyul 2025
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ