Onlayn ictimai-siyasi qəzet
Məşhur amerikalı müğənni Castin Timberleyk Bakıda verdiyi konsert zamanı unudulmaz və maraqlı anlara imza atıb.
Musavat.com xəbər verir ki, Səhnə zamanı fanatlardan biri ona bir zərf təqdim edib və Timberleyk bu zərfi açaraq içindəki məlumatı səhnədən oxuyub.
Zərfdə həmin fanatın doğulacaq körpəsinin cinsiyyəti yer alıb və Justin Timberlake bu xəbəri konsert iştirakçıları ilə bölüşərək, körpənin oğlan olacağını elan edib.
Bu anlar zalda olan izləyicilər tərəfindən mobil telefon kameralarına çəkilib və sosial şəbəkələrdə sürətlə yayılıb. Fanatlara jesti və səmimiyyəti ilə seçilən Timberlake, həmin anı da zarafatla və coşqu ilə qeyd edib, izləyicilərdən böyük alqış alıb.
Musavat.com
29 Iyul 2025
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ