Onlayn ictimai-siyasi qəzet
Rusiyanın yeddi hava limanında “Xalça” planı tətbiq olunub, təyyarələrin eniş və uçuşu qadağan edilib. Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb. Bildirilib ki, uçuş və enişlərə qoyulmuş qadağa Həştərxan, Vladiqafqaz, Volqoqrad, Qroznı, Kaluqa, Saratov və Ulyanovsk aerportlarında qüvvəyə minib.
/
Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri isə gecə ərzində 40 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub. Rusiya Müdafiə Nazirliyinin Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, PUA-ların 17-si Volqoqrad, 12-si Kaluqa, 9-u Rostov və 2-si Saratov vilayəti üzərində vurulub.
“Kursk vilayətində düşmənin (Rusiya ordusu – red.) itkisi 48 min nəfərdir ki, onlardan da təxminən 20 mini öldürülüb”. Bunu da Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski desant-hücum briqadasının hərbçilərini mükafatlandırarkən deyib. O bildirib ki, məhz hücum briqadasının hərbçilərinin sayəsində Ukrayna təcavüzkar dövlətin yüzlərlə kvadrat kilometr ərazisini ələ keçirib.
TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Azad Vətən Partiyasının sədri Akif Nağı ilə Bakı-Moskva gərginliyini və Ukraynadakı böhranı müzakirə edir.
04 Mart 2025
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ