Onlayn ictimai-siyasi qəzet
Rusiyanın 22 bölgəsində Qərbi Nil qızdırmasına yoluxma halı qeydə alınıb.
Musavat.com Rospotrebnadzorun mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, hazırda xəstələnmə nisbəti Rusiyada uzunmüddətli orta göstəricidən 13 faiz çoxdur.
Bir müddət əvvəl Tatarıstanda Qərbi Nil qızdırmasına yoluxma hallarının artdığı, 58 nəfərin xəstəxanaya yerləşdirildiyi barədə respublika Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat açıqlanıb. Bundan başqa, infeksiyaya Rusiyanın daha üç regionunda - Volqoqrad, Həştərxan və Ryazan vilayətlərində yoluxma baş verdiyi məlumdur.
Mash telekanalının həkimlərə istinadən məlumatına görə, Rusiyada Qərbi Nil qızdırmasının yayılmasının səbəbi qarabatdaqar və qağayılar olub. Həkimlərin dediyinə görə, ruslar qızdırmaya adi ağcaqanadlardan yoluxublar. Həşəratlar isə öz növbəsində qarabatdaq və qağayılardan yoluxublar. Bəzi ruslar ağcaqanadların dişlədiyi meşədə və təbiətdə dincəldikdən sonra qızdırma ilə xəstələniblər.
Qeyd edək ki, Qərbi Nil qızdırması xəstəliyinin kəskin başlanğıcı var, bədən temperaturunun 38-40 dərəcəyə qədər sürətlə artması, üşütmə və bədənin ümumi intoksikasiyası ilə müşayiət olunur. Xəstələr kəskin baş ağrılarından (alın və göz yuvalarında) və əzələ ağrılarından (boyun və bel nahiyəsində) şikayət edirlər. Xəstələrdə tez-tez gözlərin sklerasında göz qanaması, bədəndə səpgilər əmələ gəlir və ağır hallarda beyin qişalarının zədələnməsi baş verir (seroz meningit və meningoensefalit).
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ