Onlayn ictimai-siyasi qəzet
Rusiyada ölkəyə qarşı sanksiya çağırışlarına görə əmlakın müsadirəsi ilə cinayət məsuliyyəti tətbiq oluna bilər.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin müvafiq qanun layihəsinin artıq hazırlandığını bildirib.
V.Volodinin bildirdiyinə görə, qanun layihəsində beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, habelə təqsirləndirilən şəxslərin hərəkətləri eqoist motivlərlə diktə olunarsa, əmlakın müsadirə edilməsinin mümkünlüyü nəzərdə tutulur.
Bundan əlavə, deputatlar xarici agentlərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra yeni tədbirlər təklif ediblər. Xüsusilə, xarici agentlərin siyahısına Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının icrasına, Rusiyanın təhlükəsizliyini təhdid edən hərəkətlərdə xarici dövlət orqanlarına yardım göstərən, habelə Rusiya vətəndaşlarını hərbi-texniki sahə ilə bağlı məlumatların toplanmasına cəlb edən şəxslər daxil ola bilər.
Qanun layihəsi həmçinin xarici agentlərə və ölkəni tərk edənlərə qarşı onların şəxsi iştirakı olmadan məhkəmə araşdırmalarının aparılması imkanını təklif edir. Bu tədbir Rusiya Federasiyası Silahlı Qüvvələri haqqında yalan məlumatların yayılması, nasizmə bəraət qazandırmaq, habelə ekstremizm və terrorizmə açıq çağırışlar kimi maddələrlə tətbiq oluna bilər.
Təklif olunan təşəbbüslər Dövlət Dumasında müzakirə olunacaq, bundan sonra qanun layihəsi baxılmaq üçün təqdim oluna bilər.
Musavat.com
13 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ