Onlayn ictimai-siyasi qəzet
Oktyabrın 18-nə keçən gecə Mingəçevirdə 19 yaşlı Ləman Məmmədlinin meyiti şəhərin Günəşli Bağlar adlanan ərazisində asılı vəziyyətdə tapılıb.
Sosial şəbəkələrdə mərhumun gəlinlikdə fotoları yayılıb.
Bildirilib ki, Ləman 35 yaşlı kişi ilə nişanlı imiş və bir neçə gün əvvəl onların qız toyu olub, noyabrın 1-də isə oğlan toyu planlaşdırılırmış.
Hadisədən əvvəl bəylə gəlin arasında mübahisə yaşandığı iddia edilir.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır./Qafqazinfo.az/
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ