İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı hərbçilər erməniləri döydülər

Ermənistandakı 102-ci Rusiya hərbi bazasında xidmət aparan rusiyalı hərbçilər Ermənistan vətəndaşlarını döyüblər.

Erməni mətbuatı yazır ki, hadisə Gümrüdəki kafelərdən birində baş verib.

Kafedə alkoqollu içki qəbul edən rusiyalı hərbçilər səs-küy salıblar.

İaşə obyektində çalışan işçilərin onları sakitliyə riayət etməyə dəvət etmələri rusiyalı hərbçilərin xoşuna gəlməyib və nəticədə mübahisə yaranıb.

Artıq insidentlə əlaqədar Rusiya Silahlı Qüvvələrinin üç hərbçisi saxlanılıb.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR