İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı həmkarına “rus donuzu” deyən azərbaycanlı boksçuya ağır cəza

Rusiya Boks Federasiyası turnir zamanı rusiyalı döyüşçü Artur Kulinskini təhqir edən azərbaycanlı qarışıq üslublu döyüşçü (MMA) Cavid Rzayevi ömürlük yarışlardan kənarlaşdırıb.

Musavat.com xəbər verir ki, bu barədə iyulun 4-də təşkilatın Telegram kanalında məlumat verilib.

“Qeyd edək ki, döyüşçü Rzayev Cavid Seyid oğlu Rusiya Boks Federasiyasının himayəsi altında keçirilən idman və digər tədbirlərdə hər hansı iştirakdan ömürlük kənarlaşdırılıb”, - nəşr yazır.

Federasiyanın mətbuat xidməti əlavə edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları idmançını, o cümlədən ekstremist fəaliyyətdə mümkün iştirakı ilə bağlı yoxlamaları davam etdirirlər.

 Bundan əvvəl, iyulun 2-də Boks Federasiyasının Hardkor FC liqa turnirində azərbaycanlı döyüşçünün Kulinskini “Rus donuzu” adlandırmasından sonra Baş Prokurorluğa müraciət etdiyi barədə məlumat yayılmışdı. Hadisənin özü mayın 22-də baş verib. Daha sonra Rzayev Kulinskidən üzr istəyərək rus xalqını incitmək istəmədiyini qeyd edib.

Qeyd olunur ki, insidentdən sonra Hardkor FK liqası Rusiya Boks Federasiyası ilə birlikdə bədən tərbiyəsi və idman sahəsində ayrı-seçkiliyə qadağanın gücləndirilməsinə, habelə onların təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş tədbirlər kompleksi hazırlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR