Onlayn ictimai-siyasi qəzet
“2024-cü ildə Ermənistana təxminən 2 milyon 215 min turist səfər edib və bununla bağlı proqnozlar özünü doğruldub”.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan 2024-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
O, bu rəqəmlərin 2023-cü illə müqayisədə 7% az olduğunu bildirib. Papoyanın sözlərinə görə, dekabrda Ermənistana 131 min turist gəlib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 2-3 min nəfər azdır.
“2024-cü ildə turist axını əsasən Rusiyadan azalıb”, - deyə erməni nazir bildirib.
Musavat.com
13 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ