Onlayn ictimai-siyasi qəzet
Rusiya Fransa prezidenti Emmanuel Makronun bəyanatlarını təhdid və əsəbi ritorika kimi qiymətləndirir.
Musavat.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O qeyd edib ki, Makronun Rusiyanın Avropaya qarşı müharibə hazırlaması ilə bağlı ittihamları absurddur.
“Əlbəttə ki, bu, Rusiyaya qarşı təhdiddir. Əgər o, bizi təhdid kimi görürsə, Avropa ölkələrinin və Britaniyanın Baş Qərargah rəislərini görüşə çağırır, Rusiyaya qarşı nüvə silahı istifadəsi üçün hazırlıq görməyin vacib olduğunu deyirsə, bu, əlbəttə ki, təhdiddir”, – Lavrov Moskva mətbuat konfransında bildirib.
Lavrov əlavə edib ki, Moskva Ukraynada xarici sülhməramlıların yerləşdirilməsi məsələsində heç bir kompromis görmür. Onun fikrincə, Avropa qoşunlarının yerləşdirilməsi hibrid müharibəyə deyil, birbaşa olaraq NATO-nun Rusiyaya qarşı münaqişəyə cəlb olunmasına səbəb olacaqdır.
Kreml də Makronun çıxışını qarşıdurma adlandırıb və bunun Fransanın müharibəni davam etdirməkdə maraqlı olduğu təəssüratı yaratdığını bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Fransa liderinin bəyanatında, xüsusən də Ukraynanın nizamlanması məsələlərində bir sıra qeyri-dəqiqliklər var.
Musavat.com
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ