İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan İDDİA - "ABŞ-ın "Patriot"unu vurduq"

Rusiya Müdafiə Nazirliyi “Patriot”un “Kinzhal” hipersəs raket sisteminin yüksək dəqiqlikli zərbəsi ilə məhv edildiyini iddia edib.

Musavat.com "i24news"a istinadən xəbər verir ki, rəsmilər mediaya bildiriblər ki, çərşənbə axşamı səhər saatlarına Rusiyanın Kiyevə ağır raket hücumu zamanı ABŞ-ın Patriot hava hücumundan müdafiə sistemi zədələnib, lakin tam məhv edilməyib.

Başqa bir mənbənin məlumatına görə, Vaşinqton və Kiyev artıq sistemin təmirini müzakirə edirdilər.

Reuters-in yaydığı hesabatda qeyd edilib ki, hazırda onun Ukraynadan çıxarılmasına ehtiyac yoxdur.

ABŞ rəsmiləri yaxın günlərdə sistemin vəziyyətinin necə olması ilə bağlı daha dəqiq məlumat verəcəklər. Rəsmilər CNN-ə bildiriblər ki, ruslar Patriotdan yayılan siqnalları ala biliblər. Bu da onlara hipersəs raketi olan "Kinjal" ilə sistemi hədəf almağa imkan verib. Onlar əlavə ediblər ki, bu hücumlar əvvəllər də olub, lakin uğursuz nəticələnib. 

Bu arada, Ukrayna MN-in sözçüsü Yuri İqnat bunun “mümkünsüz” olduğunu bildirib.

"Patriot hava hücumundan müdafiə sisteminin taleyi ilə bağlı narahat olmağa ehtiyac yoxdur, sistemi Kinjhal ilə məhv etmək mümkün deyil", - deyə o bildirib.

İqnat,  Patriotun komanda məntəqəsindən ibarət diviziya təşkil edən batareyalar kompleksi olduğunu söyləyib. Sözçü qeyd edib ki, radar və buraxılış qurğuları, hamısı bir məsafədə yerləşir.

Qeyd edək ki, Kiyev çərşənbə axşamı Rusiya ordusu tərəfindən atılan 6 hipersəs raketinin hamısının müvəffəqiyyətlə məhv edildiyini bildirmişdi.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR