İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan hərbi helikopteri Ukraynaya qaçıran pilot İspaniyada ölü tapıldı

Rusiyadan sursatla dolu Mi-8 hərbi helikopterini Ukraynaya aparan hərbi pilot Maksim Kuzminov İspaniyada ölü tapılıb.

Musavat.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı hərbçinin meyiti qaraj çıxışında tapılıb, onun bədənində güllə yaraları olub.

Kuzminov Alikantenin La Villajoyosa şəhərində idi.

Ukrayna Xüsusi Xidməti ilə əməkdaşlıq edən Kuzminov hərbi helikopteri 2023-cü ilin avqust ayında Ukraynaya qaçırmış, hadisə barədə məlumat isə sentyabrda açıqlanmışdı. Rusiya mətbuatı həmin vaxt Maksim Kuzminovun fiziki məhv edilməsi əmrinin hərbçilər tərəfindən “artıq qəbul edildiyi” və onun icrasının yalnız “zaman məsələsi” olduğunu dəfələrlə yaymışdı...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR