İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Ermənistan açıqlaması

Moskva gözləyir ki, İrəvan KTMT platformasının regional təhlükəsizliyin təmin edilməsi məsələlərində əməkdaşlıq üçün hər cür imkanlar yaratdığını anlayacaq. 

Musavat.com bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti agentliyinə Ermənistanın təşkilatın Xarici İşlər Nazirləri Şurasının 21 iyunda Almatıda keçiriləcək iclasında iştirak etməməsini şərh edərkən bildirib.

“Ümid edirik ki, erməni tərəfdaşlarımız və biz müttəfiq olaraq qalırıq, buna baxmayaraq, regional təhlükəsizliyin təmin edilməsinin ən effektiv metodunun regional dövlətlər arasında əməkdaşlıq olduğunu başa düşəcəklər və KTMT platforması bunun üçün hər cür imkan yaradır”, - Qaluzin deyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR