İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadakı müsəlman qadınlarla bağlı şok qadağa təklifi - Dumada qapalı müzakirələr

Moskva müftisi deyib ki, belə bir qadağa, şübhəsiz ki, Rusiya müsəlmanlarının hiddətinə səbəb olacaq və cəmiyyətdə əlavə gərginlik mənbələri yaradacaq

 Rusiyada ictimai yerlərdə  müsəlman qadınların niqab və  üzü gizlədən paltarların geyinilməsinin qadağan edilməsi gündəmdədir. Musavat.com “Əl Cəzirə”yə istinadən xəbər verir ki, belə bir qanun layihəsi ilə Dövlət Dumasının Kommunist Partiyasından olan deputatı Mixail Matveyev çıxış edib.  

Matveyev izah edib ki, bu təşəbbüs dindən deyil, terror təhlükələri və şəxsiyyətin müəyyən edilməsi ilə bağlı yüksək risklər fonunda  narahatlıqlarla bağlıdır. Onun fikrincə, ictimai yerlərdə üzü gizlədən geyimlər  məhdudlaşdırmaq lazımdır, çünki üzü örtülü olan şəxsi müşahidə kamerası ilə müəyyən etmək mümkün deyil. 

scale_1200.png (1.40 MB)

 “Əl Cəzirə” yazır ki, aprelin ortalarında  Matveyev Rusiya daxili işlər nazirinin müavini Andrey Xrapova  deputat sorğusu göndərib. Nazir müavini bildirib ki, “dini qaydalara uyğun modelləşdirilmiş geyimlərin ekstremist xarakterli hərəkətlərlə əlaqəsi haqqında onlarda hər hansı məlumat” yoxdur.

Matveyevin niqab qadağası təşəbbüsünü Rusiya Federasiyası Prezidenti yanında İnsan Hüquqları Şurasının  rəhbəri Valeri Fadeyev dəstəkləyib. O xatırladıb ki, oxşar qadağalar müsəlmanların çoxluq təşkil etdiyi bir sıra Mərkəzi Asiya ölkələrində artıq tətbiq edilib.

Moskva müftisi və Rusiya Müsəlmanları Ruhani İdarəsinin  sədr müavini İldar Alyautdinov niqab taxmağın ekstremizmin artması ilə əlaqəsi sübuta yetirilərsə,  qadağa təklifini dəstəkləyəcəyini bildirib.

Moskva müftisi deyib ki, niqabın qadağan edilməsi cəhdləri “dünyəvi qanunun və  Rusiya Konstitusiyanın açıq şəkildə pozulması aktı kimi görünəcək”. Üstəlik, onun fikrincə, belə bir qadağa, şübhəsiz ki, Rusiya müsəlmanlarının hiddətinə səbəb olacaq və cəmiyyətdə əlavə gərginlik mənbələri yaradacaq. 

op1-zuVpCReVe80-unsplash.jpg (253 KB)

Alyautdinov qeyd edib ki, İslam alimlərindən heç biri bu geyim elementinin arzuolunmaz və ya haram olduğunu heç vaxt bəyan etməyib.

Tatarıstanın müftisi Kamil Samiqullin də öz növbəsində Rusiyada niqab taxmağın qadağan edilməsinə qarşı çıxıb.

Volqoqrad vilayətinin müftisi  isə əksinə, niqabın qadağan edilməsi təklifini dəstəkləyib.  Çeçenistanın müftisi Salah Mejiyev “qadın əvvəlcə sadəcə niqab taxır, gələcəkdə isə ona partlayıcı olan kəmər əlavə olunur” deyib. 

 “Əl Cəzirə” bildirir ki,  Dövlət Dumasının deputatları məsələnin həssaslığını nəzərə alaraq, onun bağlı qapılar arxasında müzakirəsini təklif ediblər. Vətəndaş Cəmiyyətinin İnkişafı Komitəsinin rəhbəri Olqa Timofeyeva bildirib ki, bu mövzu  mediadan əvvəl İslam cameəsini nümayəndələri və yerli hakimiyyət orqanları ilə müzakirə olunmalıdır. 

Dövlət Dumasının Əmək və Sosial Siyasət Komitəsinin rəhbəri Yaroslav Nilov da hesab edir ki, bu müzakirələr  qapalı platformada aparılmalıdır. 

scale_1200.jpg (50 KB)

İslam alimi Fatimə Amanova qeyd edir ki, Qurani-Kərim əslində qadının üzünü gizlətməyə borclu olduğunu açıq mətnlə demir və ona görə də deputat Matveyevin təklif etdiyi qanun layihəsi İslama qarşı hücumlar kontekstində qəbul edilməməlidir.O, bu cür geyimin müəyyən aspektlərdə ekstremizm riskini artırması ilə razılaşır.  

Hüquq müdafiəçisi Aslan Əmirov isə “Əl Cəzirə”yə  deyib ki, bu incə məsələdə tələskənlik olmaz.  Onun sözlərinə görə, ölkədəki ümumi vəziyyəti nəzərə almaq və Rusiya cəmiyyətinin birliyinə təsir edə biləcək mövzuları gündəmə gətirməmək vacibdir.

Bu yaxınlarda keçirilən “Rusiya - İslam Dünyası: KazanForum 2024” Beynəlxalq İqtisadi Forumunda qonaqlar arasında niqablı qadınlar da olub.  Onun sözlərinə görə, Belçika, Hollandiya, Fransa, İsveçrə kimi niqab taxmağı qadağan edən Avropa ölkələrinin təcrübəsinə istinad etmək yanlış yanaşmadır. “Axı Rusiya müsəlmanların 20%-dən çoxunun yuxarıda qeyd olunan ölkələrdə olduğu kimi mühacir deyil, yerli sakinlər olduğu bir ölkədir” deyə, o bildirib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR