Onlayn ictimai-siyasi qəzet
Rusiyada fevralın 5-dən miqrantlara qarşı tətbiq edilən sərt qaydalar və son dövrlər Rusiya -Azərbaycan arasında müşahidə edilən gərginlik azərbaycanlı miqrantların daha da sıxışdırılması ilə nəticələnib.
Sosial mediada və KİV-lərdə yayılan məlumatlara görə, artıq Rusiyada güc strukturları böyük şəhərlərdə azərbaycanlıların obyektlərinə, evlərinə basqınlar edir. Məlumatlarda o da qeyd edilir ki, qeyri-qanuni yaşayan miqrantı deportasiya mərkəzinə göndərmək əvəzinə, orduya göndərirlər. Miqrantların bu şəkildə müharibəyə göndərilməsi doğrudurmu? Ümumiyyətlə, miqrantlarımızın sonrakı taleyi necə olacaq? Rusiyada yaşamaq istəyən azərbaycanlılar ilk hansı addımları atmalıdırlar?
Yada salaq ki, Rusiyada daxili işlər orqanlarına fevralın 5-dən etibarən ölkə ərazisində qeyri-leqal yaşayan miqrantları məhkəmə qərarı olmadan deportasiya etmək imkanı verən qanun qüvvəyə minib. Rusiya ərazisində qanunsuz əsaslarla yaşayan azərbaycanlı miqrantların sayının yüz minə yaxın olduğu bildirilir.
Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov "TV Müsavat"ın qonağı olub, mühüm açıqlamalar verib. Musavat.com həmin videomaterialı təqdim edir.
Afaq Mirayiq,
Rafət Şahbazov
Musavat.com
22 Fevral 2025
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ