İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadakı Azərbaycan mafiyası ilə bağlı YENİ XƏBƏR

Sankt-Peterburqda müstəntiqlər yoldan keçənlərə hücum edən və özünü “Azərbaycan mafiyası” adlandıran dəstə ilə bağlı yeni epizod qeydə alıblar.

Bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

İdarənin məlumatına görə, fevralın 11-də dəstə üzvləri əllərində tapança və bıçaqla Peterhof şəhərinin Çebışevskaya küçəsindəki mənzilə daxil olaraq orada yaşayan insanlara hücum ediblər.

Evdəkiləri döyüb 100 min rubl pul tələb ediblər. Zərərçəkənlər həmin məbləğin onlarda olmadığını bildiriblər. Sonra onların əmlakı oğurlanıb.

Xatırladaq ki, mafiyanın rəhbəri hesab olunan Tural Məmmədov Azərbaycanda saxlanılaraq Rusiyaya təhvil verilib.//Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR