İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada YENİ QAYDA - Yüksək vəzifəli şəxslər ancaq bu halda postlarını tərk edə bilər

Rusiyanın yüksək rütbəli məmurlarına Ukrayna ilə müharibə zamanı postlarını tərk etmək qadağan edilib.

Musavat.com xəbər verir ki, bu barədə “Vajniye novosti” portalı dörd mənbəyə, o cümlədən prezident administrasiyasındakı qaynaqlara istinadən məlumat yayıb.

Mənbələrdən birinin sözlərinə görə görə, Rusiyada iki vilayət rəhbəri tutduqları vəzifədən getmək istəyiblər, lakin administrasiya onlara qarşı cinayət işi qaldırılacağı ilə hədələyərək, bunun qarşısını alıb.

“Prezident Administrasiyasında vəzifədən getmək istəyi xəyanət kimi qiymətləndirilir”, - deyə, saytın həmsöhbətlərindən biri bildirib.

İstefa vermək istəyənlər ya həqiqətən “sağlamlıqlarının pozulduğunu” əsas göstərməli, ya da mənbələrin işarə etdiyi kimi, “müəyyən (əslində isə çox böyük) məbləğ ödəməlidirlər.

"İndi çoxları aradan sakitcə çıxmaq üçün yaxşı pul ödəməyə hazırdır”, - deyə, saytın qaynaqlarından biri söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR