İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada YENİ GƏRGİNLİK - Əvvəlcə öz şəhərini vurdular, sonra isə...

Rusiyanın Belqorod şəhərində dünən günorta saatlarında qırıcı təyyarə bombası aşkarlanıb. Yaşayış məntəqələrinə yaxın bir nöqtədə təyyarə bombasının tapılması səbəbindən bölgədə böyük çaxnaşma yaşanıb.

Musavat.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə bağlı qruplar və Rusiya ordusunun mütəxəssisləri bölgədə təhlükəsizlik tədbir görməyə başlayıb və bomba çuxurdan çıxarılıb.

Belqorod qubernatoru Vyaçeslav Qladkov 17 binanın boşaldıldığını açıqlayıb: "Ərazidə partlayıcı maddə aşkar edilib. Bomba mütəxəssisləri həmin maddələrin Rusiya Müdafiə Nazirliyinin poliqonunda zərərsizləşdirilməsinə qərar verib. Maddənin aşkarlandığı ərazidə 17 binanın sakinlərinin təxliyəsi qərara alınıb. Bu, ən azı 3 min nəfər deməkdir. Müvəqqəti yaşayış üçün köməyə ehtiyacı olan hər kəsə yardım göstəriləcək”.

Xüsusi maşınlarla boş sahəyə aparılan bomba partladılaraq məhv edilib. Vyaçeslav Qladkov bildirib ki, bomba məhv edildikdən sonra sakinlər 90 avtobusla evlərinə aparılıb, evlərinə getmək istəməyən 248 nəfər isə şəhərdəki müvəqqəti sığınacaqlara yerləşdirilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-34 qırıcı təyyarəsi səhvən Ukrayna ərazisi əvəzinə Ukrayna sərhədindən təxminən 40 kilometr aralıda yerləşən Belqorod şəhərini vurub və hadisə nəticəsində 3 nəfər yaralanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR