İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada tutulan şəxs Azərbaycana gətirildi

Azərbaycan vətəndaşı Becanov Taleh Mehdi oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya tərəfindən təmin edilib.

Musavat.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı şəhər Xətai Rayon Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Taleh Becanovun Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Taleh Becanov Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR