Onlayn ictimai-siyasi qəzet
Rusiya Dövlət Duması bu gün “Taliban” hərəkatının Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılmasının mümkünlüyünü nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, qanun layihəsinin müəllifləri senatorlar Andrey Klişas, Andrey Yatskin və Yuri Fedorov, habelə deputatlar Vasili Piskarev, Andrey Luqovoy, Dmitri Vyatkin də daxil olmaqla bir qrup parlamentari olub.
Qanun layihəsinə görə, terrorçu təşkilat kimi vahid reyestrə daxil edilmiş təşkilatlar Rusiya Baş prokuroru və ya onun müavininin təqdimatı əsasında məhkəmə tərəfindən siyahıdan çıxarıla bilər. Bunun üçün prokurorluq həmin təşkilatın terror fəaliyyətini dayandırdığını sübut edən əsaslı sübutlar təqdim etməlidir.
Hazırda Rusiya qanunvericiliyi terror təşkilatı kimi reyestrə salınmış təşkilatın fəaliyyətinə qadağanın dayandırılmasına imkan verən mexanizm nəzərdə tutmur.
Qanun layihəsində təklif edilir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra terror təşkilatlarının siyahısına paralel dəyişikliklər ediləcək.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ