Onlayn ictimai-siyasi qəzet
Ukraynaya qarşı aparılan təcavüzkar müharibənin getdiyi bu günlərdə Rusiyada daha çox filmlərdə rast gəlinən hadisə baş verib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu ilin oktyabrın 20-də Sverdlovsk vilayətinin Novouralsk Şəhər Dumasına hakim “Vahid Rusiya” partiyasından deputat seçilən Dmitri Zaxarova çağırış vərəqəsi gəlib. Ertəsi gün o, heç bir izah verilmədən, dərhal təlim-məşq toplanışına göndərilib.
Dmitri Zaxarovun həyat yoldaşı “E1” kanalına verdiyi müsahibədə hər kəsin şokda olduğunu deyib. Onun sözlərinə görə, Zaxarovu yerli administrasiya ilə mübahisəyə görə aradan götürüblər.
Qeyd edək ki, 46 yaşlı Dmitri Zaxarov yerli parlamentə bu ilin sentyabrında yeni müddətə seçilmişdi. Məlum olub ki, həmin seçkilərdə onun rəqibi Novouralsk hərbi komissarı Aleksey Verxoturov imiş.
Musavat.com
14 Oktyabr 2024
01:40 Bakıdan qovulan İran mollası Cəmkəranda ortaya çıxdı və Livana yavan çörək təklif etdi - VİDEO
13 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ