Onlayn ictimai-siyasi qəzet
Murmansk vilayətinin Knyajaya stansiyasında yük və sərnişin qatarları toqquşub.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində Murmanskdan Sankt-Peterburqa gedən ikimərtəbəli sərnişin qatarının üç minik vaqonu relsdən çıxaraq aşıb.
Yük qatarının isə bir yük vaqonu aşıb.
Bildirilir ki, sərnişin qatarında 326 sərnişin olub. Telegram kanalları hələlik 1 qadının vaqonlar arasında qalaraq xəsarət aldığına dair məlumat yayıb.
Rusiya Şimal-Qərb Nəqliyyat Prokurorluğu insidentlə bağlı araşdırma başladıb. Kandalakşa Nəqliyyat Prokurorluğu sərnişinlərin hüquqlarına riayət olunmasını, yol hərəkəti təhlükəsizliyi və dəmir yolu nəqliyyatının istismarı ilə bağlı qanunvericiliyin icrasını yoxlayır.
Murmansk vilayətinin qubernatoru Andrey Çibisin verdiyi məlumata görə, xilasedicilər hadisə yerinə gedib, ora üç təcili yardım briqadası göndərilib. Hadisə nəticəsində ölən və ya xəsarət alanların sayı barədə rəsmi mənbələr hələlik heç bir açıqlama verməyiblər.
Musavat.com
18 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ