İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada “Şahed” dronlarının havaya qaldırıldığı hərbi aerodrom belə vuruldu - ANBAAN VİDEO

Bu gün Rusiyanın Krasnodar vilayətinin Primorsk-Axtarsk şəhəri yaxınlığındakı hərbi aerodrom ərazisində güclü partlayış baş verib.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev bildirib ki, partlayış nəticəsində şəhər infrastrukturuna zərər dəyməyib, sakinlərdən xəsarət alan yoxdur: “Hazırda baş verən hadisənin səbəbləri araşdırılır”.

Rusiya mənbələri naməlum qüvvələrin hərbi aerodrom ərazisindəki yanacaq-sürtgü materialları anbarını vurmağa cəhd etdiyi ehtimalını irəli sürürlər. Lakin Ukrayna mənbələri İrandan alınan “Şahed” dronlarının havaya qaldırıldığı hərbi aerodromun vurulduğunu bəyan edirlər.

Rusiya mənbələri aerodroma raket zərbəsinin endirilməsinə cəhd edildiyini, lakin hava hücumundan müdafiə qüvvələrinin onu zərərsizləşdirdiklərini bildirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR