Onlayn ictimai-siyasi qəzet
Rusiyanın ən böyük "Beeline", MTS və T2 mobil operatorlarının işində problemlər yaranıb.
Musavat.com xəbər verir ki, məlumatı "Downdetector" xidməti yayıb.
Xidmətin məlumatına görə, bu gün səhərdən etibarən "Beeline", MTS və T2 mobil operatorlarının xidmətlərindən minlərlə şikayət daxil olmağa başlayıb.
"Beeline" TASS-a bildirib ki, Moskvada mobil rabitə operatordan asılı olmayan səbəblərə görə fasilələrlə işləyə bilər. Xidmət vurğulayıb ki, hazırda internetə çıxış üçün Wi-Fi-dan, səsli zənglər üçün isə telefon parametrlərində VoLTE funksiyasından istifadə etmək daha yaxşıdır. MTS və T2 vəziyyəti şərh etməyiblər.
"Megafon" da TASS-a təsdiqləyib ki, hazırda internetlə bağlı çətinliklər ola bilər:
"Çətinliklər bizdən asılı olmayan səbəblərdən yaranıb".
Müstəqil mütəxəssislər bildiriblər ki, problem 9 may hərbi paradı öncəsi aparılan profilaktika işləri ilə bağlı ola bilər. Bildirilir ki, ötən gecə Moskva yaxınlığında çoxsaylı Ukrayna dronları vurulub. Belə görünür ki, hüquq-mühafizə orqanları dronlara qarşı mübarizədə mobil operatorların fəaliyyətində kəsilmələrə səbəb olan vasitələrdən istifadə etməyə başlayıblar.
Musavat.com
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ