İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada kimlər Kremlə sponsorluq edir-Maraqlı araşdırma

İri şirkətlər və oliqarxlar “Vahid Rusiya”nın hesablarına yüz milyonlarla rubl köçürür. Lakin bunun əvəzini onlar milyardlıq podrat müqavilələləri ilə geri alırlar.

Musavat.com xəbər verir ki, bu barədə rusiyalı müxalifətçi Aleksey Navalnının Korrupsiya qarşı mübarizə fondunun (KMF) yeni araşdırmasında bəhs olunub.

Araşdırmaya görə, milyarder Aleksey Mordaşovun "Severstal" şirkəti "Vahid Rusiya"nın maliyyə hesabatlarında sponsor kimi göstərilib. Rusiyalı oliqarx Putinin indiki və keçmiş xanımına da bahalı “hədiyyələr” verir. Üç il ərzində “Severstal” şirkəti prezidentin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnayanın şirkətlərinə 100 milyon rubl (1 milyon 232 min ABŞ dolları) köçürüb. Bundan başqa, Mordaşov uzun müddət Alina Kabayevanın rəhbərlik etdiyi Milli Media Qrupunun səhmdarı olub. Kabayevanın şirkətdəki maaşı yüz milyonlarla rubl təşkil edir.

Partiyanın 33 əsas sponsorundan 28-i dövlət monopoliyası ilə müqavilə bağlayıb və müqavilə əsasında qazanc əldə edib. Rusiya Dəmir Yollarının rəhbəri Belozerov 2020-ci ildə “Vahid Rusiya”ya 5,5 milyon rubldan çox ianə verib. İkinci ən böyük üzvlük haqqı “Rostex”in rəhbəri Sergey Çemezova məxsusdur.
Gennadi Timçenkonun “Stroytransgaz” şirkəti 2018-ci ildə “Vahid Rusiya”ya 130 milyon rubl bağışlayıb. Bu, bir şirkət üçün icazə verilən maksimum köçürmə məbləğindən bir neçə dəfə çoxdur. KMF-nin məlumatına görə, Timçenko Suriyadakı biznesinin təhlükəsizliyi üçün general Surovikinə rüşvət verir. Rusiyalı oliqarx Putinə məşhur “Şəhrizad” yaxtasını da hədiyyə edib.

“Vahid Rusiya” büdcədən də iri məbləğdə pullar alır. 2021-ci ildə partiyaya dövlət xəzinəsindən 4,3 milyard (52 milyon 804 min ABŞ dolları) rubl pul köçürülüb.

Partiya namizədlərinin seçki kampaniyasına muzdlu politoloqlar cavabdehdir. Bunlardan biri, "ekspert şurasının koordinatoru" Konstantin Kostindir. Onun təşkilatları seçki kampaniyalarını “Mənim rayonum” proqramı çərçivəsində Moskva meriyasından gələn pullarla ödəyir. Təkcə 2021-ci ildə Kostinə bağlı firmalar 200 milyon rubldan çox vəsait əldə ediblər.

Bu şirkətlərə meriyadan əlavə, milyarder Vladimir Lisinin Novolipetsk dəmir-polad zavodu, “Rosatom”a bağlı“Texsnabeksport” və “Rosneft”ə məxsus Ümumrusiya Regional İnkişaf Bankı pul ödəyir. Söhbət yüz milyonlarla rubldan gedir.

Müxalifət nümayəndələrinin gözdən salınması üçün “Ruposters”, “Universalnıiye mediatexnologii” və “Media Marker” şirkətləri məşğul olur. Adı şəkilən şirkətlər Oleq Deripaska və Əlişir Usmanovdan pul alırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR