İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada kərə yağının bahalaşması sürətləndi: Hakimiyyət inzibati üsullara əl atır

Rusiyada kərə yağının qiymətində bahalaşma davam edir.

Musavat.com Rosstat-ın açıqladığı statistikaya istinadən xəbər verir ki, oktyabrda məhsul 6,6 bahalaşıb. Bu isə o deməkdir ki, qiymət artımı sürətlənib: çünki sentyabrda bahalaşma 5,1 faiz təşkil etmişdi.

İlin əvvəlindən kərə yağı 25,7 faiz, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 29,7 faiz bahalaşıb.

Rosstat digər süd məhsullarının qiymətlərində də artım qeydə alıb. Belə ki, oktyabr ayında xama 3,2 faiz, bütün növ içməli süd (uşaqlar üçün olanlar istisna olmaqla) və qaymaq 2,6 faiz, pendirlər 2,5 faiz, mayalanmış süd məhsulları, kəsmik, milli pendirlər və ağ pendir, pendir kəsmik, qatıq, şəkərli qatılaşdırılmış süd - 1,2 faizdən 2,4 faizə qədər bahalaşıb.

İstehsalçı şirkətlər bahalaşmanı maya dəyərinin artması ilə izah etsələr də, Rusiya Antiinhisar Xidməti regionlarda istehsalçılarla “müzakirələr”ə başladıqdan sonra 21 regionda kərə yağının qiymətinin dondurulması barədə razılaşma əldə olunub. Onun tərəfləri kimi istehsalçılar və dövlət qurumları çıxış edir.

Rusiya hakimiyyəti inzibati yollardan əlavə, kərə yağının bahalaşmasının qarşısını almaq üçün İran, Hindistan, Türkiyə, Azərbaycan və Körfəz ölkələrindən yağ idxalını stimullaşdırıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR