İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada iqtisadi artım sürəti azalıb – Mərkəzi Bank

Rusiya Mərkəzi Bankı əsas faiz dərəcəsini 19 faizə qaldırıb.

Musavat.com bankın yaydığı açıqlamaya istinadən zəbər verir ki, qərar bu tənzimləyicinin bu gün keçirilən iclasında qəbul edilib.

Bankın rəhbəri Elvira Nabiullina Mərkəzi Bankın direktorlar şurasının iclasından sonra keçirilən brifinqdə bildirib ki, inflyasiyanı hədəf olan 4 faizə qədər azaltmaq üçün yenidən faiz artımına gedilməsini istisna etmir.

RMB rəhbəri bildirir ki, transsərhəd ödənişlərlə bağlı problemlər qalmaqdadır, bu, yüksək tələbat şəraitində idxalın artımını əngəlləyir. O, eyni zamanda qeyd edib ki, Rusiya üçün neftin qiymətinin aşağı düşməsi inflyasiyaya meyli artırır: "İdxalçıların transsərhəd ödənişləri ilə bağlı problemləri davam edir ki, bu da əsas dərəcə ilə yanaşı, yüksək daxili tələbat şəraitində idxalın artım sürətini məhdudlaşdırır".

Baş bankir bildirib ki, qlobal iqtisadi artım yavaşlayır: “Bu, ilk növbədə istehsaldan irəli gəlir, xidmətlər isə özünü daha güclü hiss edir. Ümumilikdə, qlobal tələb modelləri daha az enerji tutumlu olur. Bu, ixracatımıza tələbi məhdudlaşdıra bilər. Hazırda neft qiymətlərinin azalması həm qlobal iqtisadi artımın strukturu, həm də onun daha da yavaşlaması gözləntiləri ilə bağlıdır. Rusiya üçün neft bazarındakı bu tendensiyalar proinflyasiya xarakteri daşıyır, əsas Rusiya mallarının qiymətlərinin azalması iyul-avqust aylarında ixracın bir qədər azalmasına səbəb olub, çünki idxal eyni səviyyədə qalıb, ümumiyyətlə, xarici ticarət balansı azalıb”.

Tənzimləyicinin açıqlamasına görə, ikinci rübün məlumatları və iyul-avqust aylarındaki əməliyyat göstəriciləri Rusiya iqtisadiyyatının artımının bir qədər yavaşladığını göstərir, eyni zamanda tarazlaşdırılmış artımdan kənarlaşma hələ də əhəmiyyətli olaraq qalır: “Bu yavaşlama, çox güman ki, ilk növbədə daxili tələbin soyuması ilə deyil, mövcud yüksək inflyasiya təzyiqlərinin sübut etdiyi kimi, təklif tərəfində məhdudiyyətlərin artması və xarici tələbin azalması ilə əlaqədardır”.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı 2024-cü ildə ölkədə ÜDM-də 3,5-4,0 faiz diapazonunda artım gözlədiyi halda, 2025-ci ildə artımın yalnız 0,5-1,5 faiz, 2026-cı ildə isə 1-2 faiz diapazonunda olacağını proqnozlaşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR