Onlayn ictimai-siyasi qəzet
Rusiyada “Halal” sertifikatı verən orqan yaradılır.
Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, artıq Rusiya İqtisadi İnkişaf Nazirliyi müvafiq əmr hazırlayıb.
Federal Akkreditasiya Agentliyinin bəyanatında bildirilir ki, yeni qurumun yaradılması Rusiyada verilmiş halal mallar üçün sertifikatların xaricdə tanınacağı deməkdir: “Bu, yerli məhsulların ixracı üçün yeni perspektivlər açacaq".
Hələlik uyğunluq sertifikatları xaricdə qəbul edilən xidmət tərəfindən akkreditə olunmuş yeganə qurum Roskaçestvo-Halaldır.
Halal sertifikatlaşdırma orqanları üçün akkreditasiya sxeminin işə salınması 2025-ci ilin sentyabrına planlaşdırılır.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ