İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdən Qərbə ağır ittiham: “Prezident Sarayının ələ keçirilməsində barmağınız var”

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa Komissiyasını Tiflisdəki hadisələr zamanı məsuliyyətdən qaçmaqda ittiham edib.

Musavat.com-un xəbərinə görə, Avropa Komissiyasının mətbuat katibi Anita Hipper isə bəyan edib ki, “Gürcü Arzusu” hakimiyyəti Rusiyadan ilhamlanan repressiv tədbirlərə əl atır və Brüssel Gürcüstan hökumətinə qarşı sanksiyalar üzərində işləyir.

Buna cavab olaraq Şalva Papuaşvili Avropa Komissiyasını və Hipperi 4 oktyabrda Prezident Sarayında baş verən zorakılıqlara görə məsuliyyətdən yayınmaqda suçlayıb:

“Mətbuat katibi artıq iki həftədir ki, bu hadisələr zamanı baş verən zorakılıqlara görə məsuliyyətdən gizlənir, onları saxtakar təbliğat vasitəsilə pərdələyir və gürcülərə qarşı etnik çalar daşıyan ifadələr işlədir. Bu düşünülməmiş aktivizm, Brüsselin bu günkü xarici siyasətinin acınacaqlı simasıdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR