İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada "donosbazlıq" epidemiyası başlayıb-hamı bir-birindən çuğulçuluq edir

Rusiyanın hakim “Vahid Rusiya”nın deputatı Andrey Qurulyovun fikrincə, Ukrayna ilə savaşda qələbə qazanmaq üçün ölkə daxilində qalan düşmənləri məğlub etmək lazımdır.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Qurulyov Stalin dövrünü xatırladaq bu müraciətini açıq şəkildə ifadə edib.

“İğtişaşlara çağıran, ordunu gözdən salan, hakimiyyət orqanlarını qınayan hər kəsin son dərəcə sərt şəkildə qarşısı alınmalıdır. Xüsusilə Ukrayna müharibəsinə dəstək verməyən “beşinci kolon”umuz müəyyən edilməli və çox, amma çox sərt şəkildə cəzalandırılmalıdır”,-deyə o, qeyd edib.

Yerli müxalif mətbuat narahatlıqla çuğulçuluğun rekord sayda artdığına diqqət çəkir. “Roskomnadzor”a müraciətlərin sayı 26%, Baş prokurorluğa olunan müraciətlərin sayı 322% (!) artıb. Baş prokuror İqor Krasnov isə bunu prokurorluğa “yüksək etimad”la izah edir.

Müharibədən Avropaya gedən bir İT mütəxəssisi tərəfindən yaradılan "Mənim donosum" adlı telefon tətbiq-proqramı acı səhnəni gün işğına çıxarıb. Bunun əslində zarafat xatirinə, həm də sorğu və ifşa niyyəti ilə qurulduğunu başa düşməyən vətəndaşlar bir-birini satmaq ehtirasına tutulublar. Ruslar özləri də başa düşmədən həmin saytda cəmi 1 gündə 5000 donos yazıblar. Onlardan 50%-i əsasən öz yaxın qohumları və qonşularından yazıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR