İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada daha bir azərbaycanlı milyarderin başı dərddə: Şirkət vəzifəlisi həbs olundu

İlk yayın vaxtı 04.04.2024 22:41

Moskva vilayətinin Basmann məhkəməsi Azərbaycan əsilli milyarder Vahid Ələkbərovun “Lukoyl” şirkətinin struktur bölmələrindən birinin rəhbəri Aleksey Stepanovun həbsinə qərar verib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, o, korrupsiya cinayətlərində təqsirləndirilir. Məhkəmə onun barəsində iyunun 2-dək həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin edib.

Stepanov rüşvət vermək, həmçinin kommersiya, vergi və ya bank sirrini təşkil edən məlumatların qanunsuz əldə edilməsi və açıqlanması ilə ittiham olunur. O, “Lukoyl”un gömrük orqanları ilə iş şöbəsinə rəhbərlik edib. 

Vahid-Ələkbərov-_Banker.az_.jpg (61 KB)

Vahid Ələkbərov

Məhkəmə həmçinin Stepanovun ittiham olunduğu iş üzrə təqsirləndirilən, Rusiya Federal Gömrük Xidmətinin Mərkəzi Enerji Gömrüyünün iki əməkdaşının barəsində 2 aylıq ev dustaqlığına dair qərar qəbul edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR