İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada Cinayət Məcəlləsinə "rusofobiya" maddəsi gətirilir

Rusiyada Cinayət Məcəlləsində “rusofobiya” adı altında yeni maddə peyda ola bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu məsələ Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda dilə gətirilib. Üstəlik, həmin təşəbbüsün müəlliflərindən biri ölkədə insan haqlarının müdafiəsi ilə məşğul olmalı şəxs, yəni ombudsman Tatyana Moskalkovadır.

“Qoy rusofobların əksəriyyəti xaricdə olsun, biz onlara qiyabi hökm çıxara bilərik. Bundan sonra neo-soyqırımın (?) təşkilatçıları əvvəlcə mənəvi, sonra isə hüquqi məsuliyyət daşıyacaqlar”,-deyə Tatyana Moskalkova bildirib.

İdeya Dövlət Dumasının vitse-spikeri, radikal millətçi İrina Yarovaya tərəfindən dəstəklənib. Bu həmin Yarovayadır ki, hakimiyyətə "terrorizm"lə mübarizə bəhanəsi ilə vətəndaşların şəxsi məlumatlarını toplamağa imkan verən və təhlükəsizlik qüvvələrinin səlahiyyətlərini genişləndirən bir sıra qanun layihələrinin qəbulunda öncüllük edib. Yarovaya "rusofobiya"”nı "bütün bəşəriyətə nifrət ideologiya"na bərabər tutub. Deputat Haaqada Putinin həbsinə dair orderi də “rusofobiya” hesab etdiyini vurğulayıb.

Rusiya Federasiyası ədliyyə nazirinin müavini Andrey Loginov da bu istiqamətdə qanunvericiliyin dəyişdirilməsinin zəruriliyini vurğulayıb. Onun fikrincə, həmin maddə “həm xəyanətkar Rusiya vətəndaşlarının, həm də əcnəbilərin rusofobiya yarışına girmsinin qarşısını almaq” üçün lazımdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR