Onlayn ictimai-siyasi qəzet
Rusiyalı bloqer və aparıcı Anastasiya İvleyevanın avtomobili vergi borclarına görə həbs edilib.
Oxu.Az gazeta.ru-ya istinadən məlumat verir ki, qadın ötən il 40 milyon rubla kreditlə yeni "Lamborghini Urus" alıb.
Məlumata görə, avtomobil qeydiyyat qadağasına məruz qalıb. Bununla belə, İvleyeva maşın sürməyə davam edib.
Qeyd olunur ki, "Lambo" il ərzində 100 min rubllıq 72 cərimə yığıb.
Bununla yanaşı, İvleyevanın Federal Vergi Xidmətinə 20,9 milyon rubl borcu olduğu məlum olub. Qurum onun hesabları üzrə əməliyyatların dayandırılması ilə bağlı banklara bildiriş göndərib.
Məlumata görə, məşhur 3 aydır ki, vergi idarəsinə pul ödəmir və Federal Vergi Xidmətinin borcu ödəmək tələblərinə məhəl qoymur.
2024-cü ilin aprelində İvleyevanın çips və enerji içkilərinin satışı biznesindən 93 milyon rubldan çox qazandığı bildirib.
Xatırladaq ki, İvleyeva həm də Rusiyalı məşhurların qatıldığı və böyük qalmaqala səbəb olan "çılpaq gecə" adlı tədbirin təşkilatçısı kimi tanınır.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ