İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada bu işlər miqrantlara qadağan olundu

Rusiyanın Tomsk vilayətinin bir sıra ərazilərində miqrantlara işləmək qadağan edilib.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, müvafiq sərəncamı qubernator Vladimir Mazur imzalayıb.

O, telegram kanalında qeyd edib ki, əcnəbilərin bölgədəki fəaliyyətini məhdudlaşdırmaq qərarı kollektiv şəkildə qəbul edilib.

Qadağa 2024-cü il noyabrın 1-dən qüvvəyə minəcək. Onlar qida istehsalı, pərakəndə ticarət, taksi, şəhər nəqliyyatı, işə qəbul, otel və restoran biznesində işləyə bilməyəcəklər. Mazurun sözlərinə görə, bu qərar Tomsk vilayətinin iqtisadiyyatının və sosial sferasının kadr potensialını inkişaf etdirəcək.

Hazırda sərnişindaşıma sahəsində miqrantların işə götürülməsinə qadağa Rusiyanın 16 regionunda qüvvədədir: Lipetsk, Novqorod, Kursk, Nijni Novqorod, Novosibirsk, Tula, Kaluqa, Çelyabinsk, Tümen, Samara, Maqadan, Voronej, Amur vilayətləri. , Kamçatka ərazisi, Krım və Yakutiya.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR