Onlayn ictimai-siyasi qəzet
Rusiya 2024-cü ilin yanvar-may aylarında benzin istehsalını illik müqayisədə 28,9 faiz - 3,5 milyon tona qədər azaldıb. Musavat.com “Rosstat”ın məlumatına istinadən xəbər verir ki, dizel yanacağı istehsalı 2,1 faiz azalaraq 35,9 milyon tona düşüb.
May ayında aprel ayı ilə müqayisədə yanacaq istehsal artıb: benzin 8,6 faiz, dizel yanacağı 2,1 faiz. İllik müqayisədə may ayında benzin istehsalı 21,3 faiz azalıb, dizel yanacağı istehsalı isə 2 faiz artıb.
Yanvar-may aylarında Rusiyada soba mazutunun istehsalı 10,8 faiz azalaraq 15,9 milyon tona düşüb, mayeləşdirilmiş propan-butanın istehsalı 0,2 faiz artaraq 7,6 milyon tona çatıb.
Qeyd edək ki, bu ilin ötən dövründə Ukraynanın zərbələri Rusiyada 20-dək neft emalı müəssisəsində istehsalda ciddi fasilələrə səbəb olub.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ