İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada azərbaycanlı gözəllik salonuna girərək keçmiş arvadını döydü - ANBAAN GÖRÜNTÜ

Rusiyanın Nijnevartovsk sakini Anastasiya İ. bir neçə aydır keçmiş əri tərəfindən təqib olunduğunu bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə o, yerli mətbuata danışıb.

Zərərçəkənin sözlərinə görə, onun keçmiş həyat yoldaşı, Azərbaycan əsilli Mahir Q. artıq yarım ildir ona və ailə üzvlərinə dəfələrlə hədə-qorxu gəlib.

Anastasiya hüquq-mühafizə orqanlarına 10 dəfə şikayət etsə də, heç bir tədbir görülməyib və həmin şəxs məsuliyyətə cəlb olunmayıb.

Onun iddiasına görə, Mahir 2023-cü ilin noyabrında qanunsuz miqrasiyanın təşkili ittihamı ilə saxlanılıb, lakin 2023-cü il sentyabrın 20-də Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb. Cəmi bir həftə sonra isə qəsdən yaralanaraq hospitala düşüb. Oradan çıxıb Nijnevartovska qayıdanda artıq Anastasiyanın ondan boşanmaq istədiyini öyrənib.

Bundan sonra Mahir bir neçə dəfə Anastasiyanın anasına məxsus gözəllik salonuna hücum edib. İlk dəfə 22 noyabrda ora gələrək qadına ayaqqabı qaşığı və dəyənəklə hücum edib, divarı dağıdıb. Apreldə isə Anastasiyanı nənəsinin yaşadığı binanın girişində gözləyərək ona təhdidlər səsləndirib və üzünə yumruqla zərbə endirib. Bu hadisə yerli sakin və taksi sürücüsünün gözü qarşısında baş verib. Bundan sonra Mahir saxlanılsa da, ertəsi gün yenidən qadının iş yerinə gəlib.

Son insident isə 18 may tarixində baş verib. Mahir Anastasiyanın işlədiyi gözəllik salonuna basqın edərək keçmiş həyat yoldaşının yeni partnyoruna qarşı bibər qazı istifadə edib. Anastasiya həyəcan düyməsini basmaq istəyəndə isə onu yumruqla vurub və dəyənəkdən istifadə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

BÜTÜN XƏBƏRLƏR