İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada artıq tələbələrdən ordu üçün pul toplanır - hələlik könüllü...

Rusiya ordusuna kömək etmək üçün Moskva Dövlət Universitetində “Tələbə Vətənpərvərlik Birliyi” adlı (TVB) təşkilatı qurulub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onun təsisçiləri Rusiya baş nazirinin müavini və prezidentin Uzaq Şərqdəki səlahiyyətli nümayəndəsi Yuri Trutnevin oğlu və qızı Andrey və Mariya Trutnevlərdir.

TVB Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin dəstəyi ilə Rusiya hərbi qulluqçuları üçün sursat və texnika üçün pul toplayır.

Gələn xəbərlərə əsasən, assosiasiyanın teleqram kanalını Andrey Trutnev özü yaradıb. Trutnevin soyadı universitetin hərbi kafedrasında verilmiş formada da görünür. 2022-ci ilin noyabr ayından etibarən hərəkat iştirakçıları və Trutnevin özü üzlərini gizlətməyə başlayıblar.

Pulun toplanmasına cavabdeh olan şəxs Mariya Trutnevadır. Onun adı köçürmələr üçün bank rekvizitlərində göstərilir. Telegram kanalında Trutnevanın fotoşəkilləri göstərilməyib.

Bundan əvvəl Yuri Trunev Rusiyanın hər bir ali təhsil müəssisəsində vətənpərvərlik hərəkatı təşkilinin və bu hərəkata bütün tələbələr cəlb olunmasının vacibliyi haqqında danışıb.

Yuri Trutnev 31 avqust 2013-cü ildən prezidentin Uzaq Şərq Federal Dairəsindəki nümayəndəsi vəzifəsində çalışır. 2018-ci ilin dekabrından Arktikanın inkişafı üzrə Dövlət Komissiyasının rəhbəridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR