Onlayn ictimai-siyasi qəzet
"İyunun 16-na keçən gecə Saxalin adasında iki zəlzələ baş verib".
Bunu Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova bildirib.
Zəlzələlərdən birinin maqnitudası 4,1, episentri Aniva rayonunun Təranay kəndindən 12 kilometr aralıda, 7 km dərinlikdə yerləşib.
"Əməliyyat məlumatlarına görə, zəlzələ Təranay, Oqonki kəndlərində və Aniva rayon mərkəzində 4 bala qədər, Nevelsk şəhərində 3 bal gücündə hiss edilib" - Semenova deyib.
Bir saat sonra isə eyni ərazidə 2,0 bal gücündə zəlzələ baş verib.//Publika.az
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ