İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Zaporojye AES-in bərpası üçün su problemini həll etməyə çalışır  

 Rusiya Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) tam fəaliyyətini bərpa etmək məqsədilə xüsusi su təminatı layihəsinə start verib.

Musavat.com xəbər verir ki, Rusiyanın “Rosatom” dövlət şirkətinin rəhbəri Aleksey Lixaçevin sözlərinə görə, yeni inşa edilən üzən nasos stansiyası ZAES-in su təchizatını təmin edəcək.

Lixaçev bildirib ki, “Rosatom” artıq stansiyanın mərhələli şəkildə işə salınması üçün plan hazırlayıb. Lakin o da qeyd edib ki, bu plan yalnız hərbi təhlükələr — o cümlədən, birbaşa hücumlar və diversiyalar tam aradan qaldırıldıqdan sonra reallaşdırıla bilər.

Qeyd edək ki, Kaxovka SES-in dağıdılmasından sonra ZAES-də reaktorların soyudulması üçün kifayət qədər su qalmayıb və buna görə də stansiyanın altı enerji blokunun işə salınması hazırda mümkün deyil.

Ukraynanın energetika nazirinin müavini Yuri Şeyko isə bəyan edib ki, Rusiya ZAES-in təhlükəsiz istismarını təmin edə bilməz. Onun fikrincə, Moskva stansiyanın yenidən işə salınması ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti şantaj etmək məqsədilə istifadə edir.

Şeyko xəbərdarlıq edib ki, əgər ZAES yenidən işə salınsa, Avropa qitəsini əhatə edə biləcək texnogen qəza riski yaranacaq. Hazırda beynəlxalq müşahidəçilər vəziyyəti diqqətlə izləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR