İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya yenidən benzin ixracına qadağa qoya bilər  

 

Vəziyyət gərgin olaraq davam edərsə, Rusiya hökuməti avqust ayında benzinin ixracına qoyulan qadağanı qüvvədə saxlaya bilər.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Qafqaz İnvestisiya Forumu çərçivəsində Rusiya baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında deyib ki, sentyabrda benzinin ixracına qadağa qoyulması məsələsini müzakirə etmək hələ tezdir.

“Biz keçən həftə yanacaq bazarındakı vəziyyətlə bağlı görüş keçirdik, prinsipcə, vəziyyət gərgin olarsa, biz icazənin müddətini yalnız iyulun sonuna qədər uzatmayacağıq”,- deyə o qeyd edib.

Novakın sözlərinə görə, Rusiyanın yanacaq bazarı stabil olaraq qalır, lakin o, Aİ-95-in tədarük həcminə həssas reaksiya verir. Baş nazirin müavini Rusiyanın yanacağa tələbatının pik dövrünü keçmək üçün kifayət qədər yanacaq ehtiyatı toplandığını vurğulayıb. 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR