İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiya yalnız bu şərtlə Ukrayna ilə sülh danışıqlarına başlayacaq" - NATO generalı

NATO Hərbi Komitəsinin keçmiş sədri, istefada olan general Harald Kujat Rusiyanın Ukrayna ilə sülh danışıqlarına hansı şərtlə hazır olacağını açıqlayıb.

Sfera.az-ın rus mediasına istinadən məlumatına görə, o, danışıqların Qərbin Kiyevə dəstəyi dayandırmasından sonra mümkün olacağını diqqətə çatdırıb.

Kujat Rusiya Prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə dediklərini xatırladıb:

"Putin bildirdi ki, Rusiya həmişə danışıqlara hazır olub və indi də hazırdır.Təbii ki, bunun üçün ilkin şərt Ukraynaya hərbi dəstəyin dayandırılmasıdır".

Xatırladaq ki, fevralın 6-da jurnalist Taker Karlson Putindən müsahibə alıb. Söhbət zamanı Rusiya lideri bildirib ki, Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olmaq istəyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR