İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN təsdiqlədi: Bakı və İrəvan arasında danışıqlar aparılacaq

“Rusiya sülh sazişinin layihəsi üzərində bundan sonra aparılacaq işin Bakı və İrəvan tərəfindən ikitərəfli əsasda davam edəcəyi mövqeyindən çıxış edir”.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.

“Bu prosesə kömək edilməsində öz rolumuzu görürük, buna görə də danışıqların növbəti mərhələsi çərçivəsində görüş üçün Moskvanı təklif etmişik. Bizim əsas məqsədimiz regionda davamlı və dayanıqlı sülhü təmin etməkdir”, - deyə M.Zaxarova əlavə edib.

O, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar kompleksinin yerinə yetirilməsinin alternativi olmadığını vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR